“Fənərbaxça” evdə xal itirdi - VİDEO

09:37 25 Aprel 2023

Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

 

“Girəsunspor” – “Başakşəhər” və “Antalyaspor” – “Sivasspor” görüşləri qonaqların qələbəsiylə yekunlaşıb.

 

“Fənərbaxça” isə evdə “İstanbulspor”la üz-üzə gəlib. Altı qolluq oyunda qalib müəyyənləşməyib.

 

Hazırda 70 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 64 xalla ikinci, “Beşiktaş” 62 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor”un 57, “Başakşəhər”in 48, “Trabzonspor” və “Kayserispor”un 45 xalı var.

 

Türkiyə Super Liqası

31-ci tur

24 aprel

Girəsunspor – Başakşəhər 2:4

Qol: Sayns, 63; 90 – Yanuzay, 16; 35. Fiqeyredo, 25; 45+2.

 

Antalyaspor – Sivasspor 1:2

Qol: Larsson, 49 – Yatabare, 4. Qradel, 22.

 

Fənərbaxça – İstanbulspor 3:3

Qol: A.Güler, 25; 51. J.Pedro, 71 – Ethemi, 57-pen; 66. Eze, 90+6.


Digər xəbərlər

Xəbər xətti