“Qalatasaray” evdə xal itirdi - VİDEO

09:35 24 Aprel 2023

Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

 

Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” səfərdə “Kasımpaşa”ya qalib gəlib. “Adana Dəmirspor” bol qollu matçda “Kayserispor”i məğlub edib. Lider “Qalatasaray” isə evdə “Fatih Karagümrük”lə matçdan xal itkisi ilə ayrılıb.

 

Türkiyə Super Liqası

31-ci tur

23 aprel

Kasımpaşa – Konyaspor 1:2

Qol: Fall, 13 – Kalvo, 30. M.Diuf, 45+6.

 

Adana Dəmirspor – Kayserispor 5:3

Qol: Ndiaye, 7; 27. Belhanda, 32. Y.Sarı, 45+6. Onyekuru, 52-pen – Tiam, 24; 30; 45+4.

 

Qalatasaray – Fatih Karagümrük 3:3

Qol: K.Aktürkoğlu, 3. S.Oliveyra, 45+1-pen. Boy, 80 – Diaqne, 18. Borini, 26; 30.


Digər xəbərlər

Xəbər xətti