Mahir Emrelinin qolu ikinci ən yaxşı seçildi - VİDEO

17:48 22 Aprel 2023

Türkiyə Super Liqasında 30-cu turun ən yaxşı qolu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, “beIN SPORTS Türkiye”nin keçirdiyi sorğuda "Qalatasaray"ın hücumçusu Dris Mertensin "Alanyaspor"a vurduğu qol ən yaxşı seçilib. Belçikalı futbolçu sorğuda 64 faiz səs toplayıb.

 

"Konyaspor"da çıxış edən Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin "Adana Demirspor"a vurduğu qol ikinci olub. İştirakçıların 19 faizi 26 yaşlı forvarda səs verib. "Antalyaspor"un futbolçusu Fernando Martinsin "İstanbulspor"a cərimə zərbəsindən vurduğu qol isə üçüncü olub.


Digər xəbərlər

Xəbər xətti