Zidan "Yuventus"u çalışdıra bilər

14:52 22 Aprel 2023

2021-ci ildə "Real"dan ayrıldıqdan sonra işsiz olan Zinəddin Zidan məşqçiliyə qayıtmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, fransalı mütəxəssis ona təklif göndərən klublardan üstünlüyü "Yuventus"a verəcək. Bu barədə "RMC Sport" nəşri məlumat yayıb. "Real"ın prezidenti Florentino Pereslə münasibətləri soyuq olan 50 yaşlı məşqçi "kral klubu"na qayıtmağı düşünmür.

 

Zidan 1996-2001-ci illər ərzində futbolçu kimi "Yuventus"da çıxış edib.

 

Qeyd edək ki, Zinəddin Zidan məşqçi kimi yalnız "Real"da çalışıb. O, Madrid təmsilçisinə 2 dəfə İspaniya çempionluğu, 3 dəfə isə Çempionlar Liqası kuboku qazandırıb.


Digər xəbərlər

Xəbər xətti