Super Liqa klubunda yeni baş məşqçi

18:34 21 Aprel 2023

Türkiyənin “Ümraniyəspor” komandasının yeni baş məşqçisi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Mustafa Er çalışdıracaq.

 

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Recep Uçarı əvəz edib.

 

Er son olaraq “Bursaspor”da baş məşqçi olub. O, 2022-ci ilin yayından işsiz idi.


Digər xəbərlər

Xəbər xətti