“Trabzonspor” darmadağına üzüldü - VİDEO

09:32 21 Aprel 2023

Türkiyə Super Liqasında 30-cu tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Ankaragücü” – “Girəsunspor” matçında meydan sahibləri qələbə qazanıblar. Son çempion “Trabzonspor” isə səfərdə “Sivasspor”a böyük hesabla uduzub.

Hazırda 69 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 63 xalla ikinci, “Beşiktaş” 59 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor”un 54, “Başakşəhər”, “Trabzonspor” və “Kayserispor”un 45 xalı var.

Türkiyə Super Liqası

30-cu tur

20 aprel

Ankaragücü – Girəsunspor 3:1
Qol
: Sou, 54; 90+7. T.Antalyalı, 74 – Diak, 44-öz qapısına.

Sivasspor – Trabzonspor 4:1
Qol
: Says, 27-pen; 58. E.Yeşilyurt, 37. Kaysedo, 90+4 – Markoviç, 11.


Digər xəbərlər

Xəbər xətti