"İnter"in müdafiəçisi əməliyyat olunub

20:54 20 Aprel 2023

İtaliyanın "İnter" klubunun futbolçusu Milan Şkrinyar əməliyyat olunub.

 

Sportarena.az Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi belindən endoskopik əməliyyat keçirib.

 

Onun yaşıl meydanlara qayıdacağı vaxt açıqlanmasa da, qarşıdakı həftələrdə bərpa olunacağı bildirilib.

 

Qeyd edək ki, Milan Şkrinyar 2017-ci ildən "İnter"də çıxış edir. Komanda UEFA Çempionlar Liqasının yarımfinalında "Milan"la üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti