"Milan" 37 yaşlı hücumçu yeni müqavilə imzalayıb

23:29 19 Aprel 2023

İtaliya "Milan"ı futbolçusu Olivye Jiru ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılıb.

 

Fransalı forvard bu mövsüm bütün turnirlərdə keçirdiyi 37 oyunda 13 qol vurub və 6 məhsuldar ötürmə verib.

 

Qeyd edək ki, Olivye Jiru "Milan"a 2021-ci ilin iyulunda İngiltərənin "Çelsi" komandasından keçib.


Digər xəbərlər

Xəbər xətti