Super Liqa klubunda baş məşqçi istefası

20:27 19 Aprel 2023

Türkiyənin “Ümraniyəspor” komandasının baş məşqçisi Recep Uçar istefa verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Bu mövsüm Super Liqada 28 matçda cəmi 5 qələbə qazanan komanda qalan görüşlərdə 8 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.

 

Hazırda 23 xalı olan “Ümraniyəspor” 19 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti