“Fiorentina” “Atalanta” ilə heç-heçə etdi - VİDEO

09:35 18 Aprel 2023

İtaliya A Seriyasında 30-cu tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

 

“Fiorentina” doğma meydanda “Atalanta” ilə üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

 

Hazırda 75 xalı olan “Napoli” vahid liderdir. “Latsio” 61 xalla ikinci, “Roma” 56 xalla üçüncü pillədə qərarlaşıb. “Milan” 53, “İnter” 51, “Atalanta” 49 xal toplayıb. Məlum səbəblərdən 15 xalı silinmiş “Yuventus” isə 44 xalla 7-ci sırada qərarlaşıb.

 

İtaliya A Seriyası

30-cu tur

17 aprel

Fiorentina – Atalanta 1:1

Qol: Kabral, 55-pen – Mehle, 37.


Digər xəbərlər

Xəbər xətti