Alleqri Pol Poqba haqda: “O, 90 dəqiqə mübarizə aparmağa hazır deyil”

17:00 17 Aprel 2023

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Pol Poqba haqda danışıb.

 

Sportarena.az DAZN-a istinadən xəbər verir ki, o, fransalının 90 dəqiqə oynamağa hazır olmadığını dilə gətirib:

“Poqbada irəliləyişin olduğunu görürəm. Lakin o, hələ də ən yaxşı formasından uzaqdır. 90 dəqiqə mübarizə aparmağa hazır deyil. Getdikcə bu məsələni də həll edəcəyik”.

 

Qeyd edək ki, Fransalı futbolçu keçən ilin yayında “Mançester Yunayted”lə müqaviləsi başa çatdıqdan sonra “qoca sinyora”ya qayıdıb. Cari mövsümdə o, “Yuventus”un heyətində 3 oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti