“Trabzonspor”la “Beşiktaş”dan heç-heçə - VİDEO

09:35 17 Aprel 2023

Türkiyə Super Liqasında 29-cu tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

 

“Girəsunspor” evdə “Sivasspor”u tək qolla məğlub edib. Səfərdə “Trabzonspor”la qarşılaşan “Beşiktaş” isə xal itkisi ilə üzləşib.

 

Hazırda 66 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxa” 60 xalla ikinci, “Beşiktaş” 56 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor” 51, “Başakşəhər” və “Trabzonspor” hərəyə 45, “Kayserispor” 44 xal toplayıb. Azərbaycan millisinin hücumçusu Mahir Emrelnin də formasını geyindiyi “Konyaspor”un 36 xalı var. 

 

Türkiyə Super Liqası

29-cu tur

16 aprel

Girəsunspor – Sivasspor 1:0

Qol: Kampusano, 18.

 

Trabzonspor – Beşiktaş 0:0


Digər xəbərlər

Xəbər xətti