"Beşiktaş"ın futbolçusu əməliyyat olundu

20:11 16 Aprel 2023

“Beşiktaş”ın “Everton”dan icarəyə götürdüyü Dele Alli əməliyyat edilib.

 

Sportarena.az xəbər verir ki, ingilis yarımmüdafiəçi bu barədə sosial media hesabında məlumat verib. 27 yaşlı vinger mövsümün qalan hissəsində meydana çıxmayacağını qeyd edib.

 

Dele Alli bu mövsüm “ağ-qaralar”da keçirdiyi 17 oyunda 3 qol vurub.

 

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvünün futbolçunun İstanbul klubu ilə icarə müqaviləsi mövsümün sonunda başa çatır.


Digər xəbərlər

Xəbər xətti