“Milan” və “Napoli” xal itirdi, “İnter” uduzdu - VİDEO

10:18 16 Aprel 2023

İtaliya A Seriyasında 30-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Bolonya”nın qonağı olan “Milan” xal itkisi ilə üzləşib. Lider “Napoli” də “Verona” ilə ev oyununda büdrəyib. “İnter” isə evdə “Montsa”ya uduzub.

İtaliya A Seriyası

30-cu tur

15 aprel

Bolonya – Milan 1:1

Qol: Sansone, 1 – Pobeqa, 40.

 

Napoli – Verona 0:0

 

İnter – Montsa 0:1

Qol: Kaldirola, 78.


Digər xəbərlər

Xəbər xətti