“Yuventus” rəsmisindən təkzib

15:14 15 Aprel 2023

“Yuventus”un direktoru Françesko Kalvo hücumçu Duşan Vlahoviçin karyerasını başqa klubda davam etdirəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportarena.az AS nəşrinə istinadən xəbər verir ki, klub rəsmisi serbiyalı futbolçu ilə ayrılmaq fikrində olmadıqlarını deyib:

“Mətbuatda yayılan söz-söhbətlərə baxmayaraq, Duşan hazırkı və gələcək planlarımız üçün nəzərdə tutulan layihəmizin əsas oyunçusudur.

Hər məşqdə onun nə qədər çalışdığını görürük. Elə bu səbəbdən də, bu günə və gələcəyə olan inamımız tamdır. Biz pozitiv düşünürük”.

 

Qeyd edək ki, öncədən yayılan xəbərə görə, “Real”ın Kərim Benzema komandadan ayrılacağı halda, Vlahoviçi transfer edə biləcəyi bildirilirdi.


Digər xəbərlər

Xəbər xətti