“Sabah” azarkeşləri üçün müsabiqə təşkil edib

16:52 14 Aprel 2023

Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək “Sabah” klubu azarkeşləri üçün müsabiqə təşkil edir.

 

Sportarena.az xəbər verir ki, müsabiqədə qalib gələnlər “Sabah”ın Avropada keçirəcəyi oyunlarına aparılacaq:

“Əziz azarkeşlər, bu il “Sabah” tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək. Bu tarixi anları bizimlə yaşamaq üçün #SabahlaAvropaya müsabiqəsinə qoşula bilərsiniz. Müsabiqənin qalibləri Avropada keçirəcəyimiz oyunlara komandamızla birgə gedəcək. Müsabiqəyə qoşulmaq üçün:

 

1. Azərbaycan Premyer Liqasının 2022-23-cü illər mövsümünün sonuna qədər oyunlarımıza gəlin.

2. Oyundan selfinizi çəkib, aşağıdakı qeydiyyat formasına əlavə edərək bizə göndərin.

3. Qeydiyyat hər oyundan sonra 24 saat ərzində doldurulub, göndərilməlidir.

 

Qeyd: Selfi verilmiş nümunəyə uyğun olmalıdır. Fotoda həm siz, həm də meydança aydın görünməlidir.

Müsabiqəyə mövsümün sonunda yekun vurulacaq və müsabiqə şərtlərinə tam əməl edən iştirakçılar arasından 3 nəfər qalib seçiləcək”.


Digər xəbərlər

Xəbər xətti