Premyer Liqadan A Seriyasına

19:58 12 Aprel 2023

İtaliyanın "Udineze" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, A Seriyası təmsilçisi "Bornmut"dan Cordan Zemuranı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Premyer Liqa təmsilçisi ilə müqaviləsi başa çatan 23 yaşlı sol cinah müdafiəçisi yayda azad agent statusu ilə "Udineze"yə keçəcək. Zimbabveli futbolçu ilə 4 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Cordan Zemura 2019-cu ilin yayından "Bornmut"da çıxış edirdi. O, cari mövsümdə İngiltərə klubunun heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti