"Qalatasaray" PSJ ilə razılığa yaxındır

16:55 12 Aprel 2023

"Qalatasaray" icarə əsasında komandada çıxış edən Mauro İkardini birdəfəlik transfer etməyə çalışır.

 

Sportarena.az xəbər verir ki, "sarı-qırmızılar" argentinalı hücumçunun müqavilə ilə məxsus olduğu PSJ ilə danışıqlara başlayıb. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb. İstanbul təmsilçisisinin 30 yaşlı forvardı 10 milyon avroya transfer edəcəyi bildirilir.

 

Qeyd edək ki, Mauro İkardi mövsümün əvvəlindən "Qalatasaray"da çıxış edir. Təcrübəli futbolçu Türkiyə klubunun heyətində meydana çıxdığı 17 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti