“Napoli”də ÇL matçından əvvəl böyük itki

20:54 11 Aprel 2023

“Napoli” klubu ciddi itki ilə üzləşib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, Neapol klubunun nigeriyalı hücumçusu Viktor Osimhen zədələnib.

 

25 yaşlı futbolçu komandasının UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin “Milan”la ilk oyununu buraxacaq.

 

Qeyd edək ki, aprelin 12-də keçiriləcək “Milan” – “Napoli” matçı saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti