Qvardiola: “Napoli” barədə danışmaq istəmirəm, çünki…”

19:52 11 Aprel 2023

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İtaliya klubu “Napoli” haqda fikirlərini bildirib.

 

Sportarena.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, o, Neapol təmsilçisinin “sükanı arxasında” olan Luçano Spalettidən söz açıb:

“Napoli” barədə danışmaq istəmirəm, çünki Spaletti mənə giley edəcək. O, çox həssas biridir”.

 

Daha sonra ispaniyalı mütəxəssis qitənin ən nüfuzlu klub turniri sayılan UEFA Çempionlar Liqası haqda danışıb:

“Çempionlar Liqasının 1/4, yarımfinal və final mərhələsində eyni futbolçularla mübarizə aparsan, bir o qədər rahat oynaya bilərsən”.

 

Xatırladaq ki, Premyer Liqa təmsilçisi bu gün Çempionlar Liqasının 1/4 finalının ilk matçında İngiltərədə “Bayern”lə qarşılaşacaq. Matç saat 23:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti