“Fənərbaxça”dan əzmkar qələbə - VİDEO

09:51 11 Aprel 2023

Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Kayserispor” evdə “Ümraniyəspor”a qalib gəlib. “Fənərbaxça” isə “Fatih Karagümrük”lə səfər matçında əzmkar qələbəyə sevinib.

Hazırda 63 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 57 xalla ikinci, “Beşiktaş” 55 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor”la “Başakşəhər” 45, “Trabzonspor” və “Kayserispor” 44 xal toplayıblar.

Türkiyə Super Liqası

28-ci tur

10 aprel

Kayserispor – Ümraniyəspor 3:1

Qol: Tiam, 32-pen. Mensah, 54. K.Mane, 90+9 – U.Nayir, 45+1.

 

Fatih Karagümrük – Fənərbaxça 1:2

Qol: Ozdoyev, 24 – Zayç, 51. Salai, 78.


Digər xəbərlər

Xəbər xətti