"Beşiktaş"ın kapitanı "Trabzonspor"la matçda oynamayacaq

20:34 10 Aprel 2023

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

 

Sportarena.az xəbər verir ki, "qara qartallar"ın hücumçusu Cenk Tosun sıradan çıxıb. 31 yaşlı forvardın əzələsində yırtıq aşkarlanıb. Təcrübəli futbolçu 5-6 gün məşq prosesindən uzaq qalacaq.

 

Cenk Türkiyə Super Liqasının 30-cu turunun "Trabzonspor"la səfər matçında iştirak etməyəcək. Qarşılaşma 16 aprel tarixində baş tutacaq.

 

Qeyd edək ki, Cenk Tosun cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 26 Super Liqa matçında 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti