Mauritsio Sarri: "Oyunçularımın xarakteri ilə fəxr edirəm"

13:16 10 Aprel 2023

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri İtaliya A Seriyasının 29-cu turunun “Yuventus”la matçını (2:1) şərh edib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularının xarakter göstərdiyini vurğulayıb:

“Oyunçularımın xarakteri ilə fəxr edirəm. Məşq zamanı olan müsbət əhval-ruhiyə oyunda da özünü göstərdi. Komandam oyundan qopmurdu. Bu, əla idi. Sevinirəm.

Biz İtaliya çempionatında sabit mübarizə aparsaq da, avrokuboklarda problemlər özünü göstərir. Qarşıda bizi çoxlu oyunlar gözləyir”.


Xəbər xətti