Lukaku azarkeşlərdən üzr istədi

13:38 8 Aprel 2023

“İnter” İtaliya A Seriyasının 29-cu turunda “Salernitana” ilə qarşılaşıb (1:1).

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra Milan təmsilçisinin hücumçusu Romelu Lukaku heç-heçəyə imza atdıqları üçün azarkeşlərdən üzr istəyib.

 

Belçikalı forvard səfər oyununa gələn fanatlara yaxınlaşan futbolçulardan biri olub.

 

“İnter” hazırda İtaliya çempionatının turnir cədvəlində 51 xalla dördüncü pillədədir.


Xəbər xətti