AFFA İntizam Komitəsinin iclası keçirilib

12:57 7 Aprel 2023

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

Birinci divizionun 23-cü turunun “Səbail-2” – “Kəpəz-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.

 

“Səbail-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının həkiminin “A” buraxılış vəsiqəsi olmadığına görə komanda 80 manat cərimə edilib.

 

23-cü turun “Neftçi-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.

 

Birinci divizionun 23-cü turunun “Mingəçevir” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.

 

23-cü turun MOİK – “Turan Tovuz-2” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.

 

23-cü turun “Araz Naxçıvan” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Rauf Rüstəmli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, komanda 320 manat cərimə edilib.

 

“Araz Naxçıvan” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının meneceri Muraz Muradlı hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, klub 400 manat cərimə edilib.

 

23-cü turun “Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununun keçirildiyi Sumqayıt şəhər stadionunun ehtiyat meydançasında texniki zonanın xətlənməsində nöqsanlar olduğuna görə “Sumqayıt-2”  komandasına xəbərdarlıq edilib.


Digər xəbərlər

Xəbər xətti