“Fatih Karagümrük”dən səfər qələbəsi

09:07 4 Aprel 2023

Türkiyə Super Liqasında 27-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

 

“İstanbulspor” doğma meydanda “Fatih Karagümrük”lə qarşılaşıb. Oyun qonaqların qələbəsiylə yekunlaşıb.

 

Hazırda 63 xalı olan “Qalatasaray” Super Liqanın vahid lideridir. “Fənərbaxça” 54 xalla ikinci, “Beşiktaş” 52 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor” 45, “Trabzonspor”la “Başakşəhər” 44, “Kayserispor” 41 xal toplayıb. Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin də heyətində yer aldığı “Konyaspor” 35 xalla 8-ci pillədə qərarlaşıb.

 

Türkiyə Super Liqası

27-ci tur

3 aprel

İstanbulspor – Fatih Karagümrük 0:1

Qol: Diaqne, 27.


Digər xəbərlər

Xəbər xətti