“Trabzonspor”dan Braziliya klubuna

22:09 3 Aprel 2023

Türkiyə çempionu “Trabzonspor” müdafiəçisi Vitor Hüqo ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, Braziliyadan olan 31 yaşlı mərkəz müdafiəçisi ölkəsinin “Bahiya” klubuna transfer olunub.

 

Braziliya klubu bu keçidə görə Super Liqa təmsilçisinə 1.8 milyon avro ödəyib.

 

Vitor Hüqo 2020-ci ildən formasını geyindiyi “Trabzonspor”da 99 oyuna çıxıb, 9 qol vurub. O, daha öncə “Santo Andre”, “Sport Resife”, “İtuano”, “Seara”, “Amerika Mineyro”, “Palmeyras”, “Fiorentina” kimi klubların da formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti