Tovuzda 11 qol, “Neftçi” darmadağınla qələbə qazandı

18:09 30 Mart 2023

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 22-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. “Zirə”nin ikinci komandası MOİK-lə “sülh bağlayıb”. “Sumqayıt-2” isə “Mingəçevir”i 3 cavabsız qolla məğlub edib. “Şamaxı-2” – “Səbail-2” matçında isə 6 qol qeydə alınıb.

 

Turun qalan oyunları bu gün keçirilib. “Turan Tovuz-2” ilə “Araz Naxçıvan”ın oyununda qapılara nə az, nə çox, 11 qol vurulub.

 

“Neftçi”nin ikinci komandası səfər matçında darmadağına sevinib.

 

“Qarabağ-2” isə doğma meydanda “Zaqatala”ya uduzub.

 

Birinci divizion, 22-ci tur

29 mart

Zirə-2 – MOİK 1:1

Qol: Xəqani Sadıxov, 82 – Cavad Qurbanlı, 61-avtoqol.

Hakimlər: Rauf Allahverdiyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Əli Əliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: İlham Əliyev

“ASK Arena”, 13:00

 

Sumqayıt-2 – Mingəçevir 3:0

Qol: Ayxan Süleymanlı, 68-pen. Rüstəm Hümbətov, 85-pen. Cavidan Abbaszadə, 87.

Hakimlər: İnqilab Məmmədov, Asiman Əzizli, Sevda Nuriyeva, Səbuhi Bayramov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:00

 

Şamaxı-2 – Səbail-2 2:4

Qol: Tapdıq Əhmədov, 17. Asim Əliyev, 49 – Elvin Valiiev, 16. Xəyal Bədirov, 51. Balamirzə Soltanov, 80. Kamran Məlikov, 90+5-avtoqol.

Hakimlər: Tural İbrahimov, Asif Abdullayev, Zakir Şükürzadə, Murad Səlimov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Seymur Səlimli

Şamaxı şəhər stadionu, 15:00

 

30 mart

Turan Tovuz-2 – Araz Naxçıvan 5:6

Qol: Akif Tağıyev, 7. Elvin İsmayılov, 20. Həzrət İsayev, 30-avtoqol. Elçin Qasımov, 68. Abbas Ağazadə, 71 – Orxan Əliyev, 11; 88. Səbayıl Bağırov, 30-avtoqol. Bayraməli Qurbanov, 13; 61. Fəhmin Muradbəyli, 72.

Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Orxan İbişov, İslam Məmmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Tovuz şəhər stadionu, 14:00

 

Kəpəz-2 – Qaradağ Lökbatan 0:1

Qol: Rəvan Abasov, 62.

Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Aydın Bəxşiyev, Namiq Bəkirov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00

 

İmişli – Neftçi-2 0:5

Qol: Elşad Tağıyev, 12; 21; 42. Seymur Əliyev, 60; 65.

Qırmızı vərəqə: Elnur Məmmədov, 25 (İmişli)

Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Sənan Atayev, Şamil İmanzadə

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Saatlı OİK stadionu, 15:00

 

Qarabağ-2 – Zaqatala 1:2

Qol: Əli Abdullayev, 73-avtoqol – Bəhruz Teymurov, 9; 76.

Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Fəridə Lütfəliyeva

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Emin Cəfərov

Binə qəsəbə stadionu, 15:00


Digər xəbərlər

Xəbər xətti