“Torino”nun baş məşqçisi: “Xviçanı dayandırmaq mümkün deyil”

14:51 19 Mart 2023

“Torino” klubunun baş məşqçisi İvan Yuriç İtaliya A Seriyasının 27-ci turunun “Napoli” ilə keçiriləcək oyunundan öncə fikirlərini bölüşüb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Neapol təmsilçisinin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliyadan söz açıb:

“İtaliyada yaşadığım müddətdə gördüyüm ən yaxşı komanda “Napoli”dir. Xviçanı dayandırmaq mümkün deyil”.

 

Qeyd edək ki, “Torino” – “Napoli” matçı bu gün saat 18:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti