“Milan” doğma meydanda xal itirdi - VİDEO

10:37 14 Mart 2023

İtaliya A Seriyasında 26-cı tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

 

“Milan” doğma meydanda “Salernitana” ilə qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

 

Hazırda 68 xala malik “Napoli” vahid liderdir. “İnter” 50 xalla ikinci, “Latsio” 49 xalla üçüncüdür. “Milan” 48, “Roma” 47, “Atalanta” 42, məlum səbəblərdən 15 xalı silinmiş “Yuventus” 38 xal toplayıb.

 

İtaliya A Seriyası

26-cı tu

13 mart

Milan – Salernitana 1:1

Qol: Jiru, 45+1 – Dia, 61.


Digər xəbərlər

Xəbər xətti