Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Turun açılış oyunu Gəncədə olacaq. Autsayderlər arasında qərarlaşan “Kəpəz” “Zirə”ni qəbul edib. Matç bərabərə qurtarıb - 1:1.
Günün digər matçında “Sabah” “Sumqayıt”ı sınağa çəkir.
Turun qalan oyunları sabah və birigün keçiriləcək. Martın 11-də “Turan Tovuz” “Qəbələ”ni, “Qarabağ” “Səbail”i qəbul edəcək, ertəsi gün isə “Neftçi” “Şamaxı”nın qonağı olacaq.
Azərbaycan Premyer Liqası
26-cı tur
10 mart
Kəpəz 1:1 Zirə (yekun)
Qollar: Fərid Nəbiyev 38 - Keyta (p) 83
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Teymur Teymurov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Gəncə şəhər stadionu
Sabah 4:0 Sumqayıt (yekun)
Qol: Mikels 45, Kaşuk 75, Ceyhun Nuriyev 86, Seymur Məmmədov 90+2
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”