"Qalatasaray"ın baş məşqçisi İtaliya nəhəngini çalışdıra bilər

21:44 9 Mart 2023

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun İtaliyaya yollanmaq ehtimalı var.

 

Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis "İnter"i çalışdıra bilər. Milan təmsilçisi yayda Simeone İnzadini istefaya göndərib türk məşqçini bu posta gətirmək istəyir.

 

Qeyd edək ki, Okan Buruk mövsümün əvvəlində "Qalatasaray"ın baş məşqçisi təyin olunub. "Sarı qırmızılar" Super Liqada 23 turdan sonra 57 xalla liderdir. Okan Buruk 2001-2004-cü illərdə "İnter"in heyətində çıxış edib.


Digər xəbərlər

Xəbər xətti