"Yuventus"un futbolçusu intizamsızlığa görə heyətdən kənarlaşdırılıb

16:56 9 Mart 2023

İtaliyanın "Yuventus" klubu futbolçusu Pol Poqbanı heyətdən kənarlaşdırıb.

 

Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi intizamsızlıq etdiyi üçün cəzalandırılıb.

 

Təcrübəli oyunçu bu gün Almaniya "Frayburq"una qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçında iştirak etməyəcək.

 

Qeyd edək ki, "Yuventus" - "Frayburq" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti