Mourinyo “Roma”dan gedir – Yerinə namizəd də var

11:06 9 Mart 2023

Almaniyalı mütəxəssis Tomas Tuxel “Roma”nı çalışdıra bilər.

 

Sportarena.az “The Sun”-a istinadən xəbər verir ki, Joze Mourinyo “canavarlar”ın baş məşqçi postunu tərk etsə, komandanın Tuxelə həvalə edilə biləcəyi müzakirə olunur. “Roma” rəhbərliyi bunu ideal variant kimi nəzərdən keçirir.

 

Almaniyalı məşqçinin son iş yeri İngiltərənin “Çelsi” klubu olub.

 

“Roma” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 47 xalla dördüncüdür.


Digər xəbərlər

Xəbər xətti