“Napoli”nin hücumçusu Viktor Osimhen İtaliyada “ilin ən yaxşı əcnəbi idmançısı” elan edilib.
Sportarena.az xəbər verir ki, Nigeriyadan olan 24 yaşlı futbolçu bu ada 2022-ci il ərzində göstərdiyi performansa görə layiq görülüb.
Futbolçunun mükafatlandırılma mərasiminə “Napoli”nin prezidenti Aurelio De Laurentis də qatılıb.
Osimhen bu mövsüm A Seriyasında vahid lider olan “Napoli”nin uğurlu çıxışında əsas pay sahiblərindən biridir. O, cari mövsümdə İtaliya çempionatında meydana çıxdığı 22 oyunda 19 qol vurub.