Mourinyonun cəzası ləğv edildi

18:27 5 Mart 2023

“Roma”nın baş məşqçisi Joze Mourinyonun cəzası ləğv edilib.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Yuventus”la oyunda komandasına rəhbərlik edə biləcək.

 

Mourinyo İtaliya A Seriyasının 24-cü turunda “Kremoneze” ilə matçda (1:2) hakimlərlə mübahisə etdiyi üçün 2 oyunluq diskvalifikasiya olunmuşdu. O, görüşdən sonra hakimlər otağına da girmişdi.

 

“Roma” baş məşqçisinin cəzalanması ilə bağlı apellyasiya verərək göstərib ki, Mourinyonun özünü belə aparmasının səbəbi 4-cü hakimin təxribatı olub. İtaliya Futbol Federasiyası cəzanın dayandırılması barədə qərar verib. Federasiyaya məşqçi ilə hakim arasında baş vermiş mübahisəni araşdırmaq üçün müəyyən qədər vaxt lazım gələcək.

 

Bu gün keçiriləcək “Roma” – “Yuventus” oyununa saat 23:45-də start veriləcək.


Digər xəbərlər

Xəbər xətti