“Yuventus”un bu yükü uzun müddət daşımasını istəmirəm” - Anyelli

11:46 27 Fevral 2023

“Yuventus”un sabiq prezidenti Andrea Anyelli klubun problemləri ilə bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Anyelli, “qoca sinyora”nın yeni rəhbərliyinin kluba yönələn ittihamlarla heç bir əlaqəsinin olmadığını deyib:

“Yuventus”un bu yükü uzun müddət daşımasını istəmirəm. Yeni rəhbərliyin bu iddialarla heç bir əlaqəsi yoxdur. Mən şəxsən məhkəmədə özümü istənilən ittihama qarşı müdafiə edəcəm”.

 

Xatırladaq ki, daha əvvəl maliyyə fırıldaqlarına görə “Yuventus”un İtaliya A Seriyasında 15 xal silinib. Komanda 32 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti