Çempionlar Liqasında 7 illik həsrətə son qoyulub

11:53 16 Fevral 2023

Almaniyanın “Borussiya” (Dortmund) klubu Çempionlar Liqasında 7 illik həsrətə son qoyub.

 

Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisi 1/8 final mərhələsinin ilk oyununda İngiltərə klubu “Çelsi”ni öz meydanında 1:0 hesabı ilə məğlub edərək bunu reallaşdırıb.

 

Dortmundlular son 7 ildə ilk dəfə İngiltərə klubuna qalib gəliblər. Komanda axırıncı dəfə 2016-cı il martın 17-də “Tottenhem”i üstələyib. “Borussiya” həmin vaxtdan bəri “Dumanlı Albion” təmsilçilərinə qarşı keçirdiyi 10 oyunun 8-də məğlub olub, 2-də heç-heçəyə razılaşıb.

 

Qeyd edək ki, “Borussiya” ilə “Çelsi” arasında cavab görüşü martın 7-də Londonda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti