“Biz qələbəyə ac idik”

09:53 16 Fevral 2023

“Bayern”in hücumçusu Erik Çupo-Motinq UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə ilk oyununu (1:0) dəyərləndirib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Liqa 1 təmsilçisi haqda fikirlərini bölüşüb və Bundesliqa klubunda güclü oyunçuların olduğunu bildirib:

“İlk 25 dəqiqə əla keçdi. İkinci hissəyə daha güclü başladıq. Məncə, qarşılaşma bərabər məcrada keçdi. PSJ əla komandadır. Elə bu səbəbdən, qələbəyə çox sevindik. Meydanda olan bütün futbolçular sübut etdi ki, biz qələbəyə ac idik. Komandamızda çox güclü futbolçular var. Bütün komponentləri birləşdirib, ilk dəqiqədən sonuncu dəqiqəyə qədər mübarizə aparmaq lazımdır”.

 

“Bayern” – PSJ cütünün cavab qarşılaşması martın 8-də, Münhendə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti