Birinci divizion: “Araz Naxçıvan” səfərdə, “Neftçi” evdə qələbə qazandı

18:05 8 Fevral 2023

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 16-cı tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. “Kəpəz”in ikinci komandası “Zirə”nin əvəzedicilərini minimal hesabla məğlub edib. “Turan Tovuz” isə Şamaxı səfərində 3 xala sevinib. “İmişli” doğma meydanda “Qəbələ-2” qarşısında aciz qalıb.

 

Turun qalan oyunları bu gün keçirilib. “Qarabağ”ın əvəzediciləri doğma meydanda “Araz Naxçıvan”a uduzub. “Zaqatala” ilə MOİK-in görüşündə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib. “Neftçi”nin əvəzediciləri isə “Mingəçevir” üzərində qələbəyə seviniblər.

 

Birinci divizion, 16-cı tur

8 fevral

Qarabağ-2 – Araz Naxçıvan 1:2

Qol: Hüseyn Hüseynli, 13 – Orxan Əliyev, 63; 71.

Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Zakir Şükürzadə, Əli Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Binə qəsəbə stadionu, 14:00.

 

Zaqatala – MOİK 2:2

Qol: Bəhruz Teymurov, 83. Cəlal Cəbrayılov, 90+4 – Muxtar Nəzərli, 3. Elşən Veysov, 80.

Qırmızı vərəqə: Cavid Quliyev, 32 – ikinci sarı vərəqə (MOİK)

Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Zaqatala OİK stadionu, 14:00.

 

Səbail-2 – Qaradağ Lökbatan 3:0

Qol: Elvin Valiiev, 9. Xəyal Bədirov, 26. Balamirzə Soltanov, 60.

Qırmızı vərəqə: Xəyal Bədirov, 71 – ikinci sarı vərəqə (Səbail-2)

Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Tural İbrahimov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Emin Cəfərov

“ASCO Arena”, 14:00.

 

Neftçi-2 – Mingəçevir 2:1

Qol: Aqşin Abazərov, 81; 88 – İbrahim Camalov, 41.

Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Rasim Axundov, Rəsul Babayev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 15:00.


Digər xəbərlər

Xəbər xətti