"Borussiya"dan "Bavariya"ya - RƏSMİ

19:44 19 Yanvar 2023

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Münhenqladbax "Borussiya"sından qapıçı Yann Sommeri transfer edib. Bu barədə münhenlilərin mətbuat xidməti məlumat yayıb.

 

"Bavariya" 34 yaşlı qolkiperlə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. İsveçrəli "əlcək sahibi" yeni klubunda 27 nömrəli forması ilə çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti