"Borussiya"da norveçli müdafiəçi

20:20 17 Yanvar 2023

Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki. Dortmund təmsilçisi "Yunion Berlin"dən Julian Ryersonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Borussiya" 25 yaşlı sağ cinah müdafiəçisi ilə 2026-cıilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Dortmundlular bu keçid üçün qarşı tərəfə 5 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Julian Ryerson "Yunion Berlin"ə "Vikinq"dən transfer olunmuşdu. Norveçli müdafiəçi cari mövsümdə Bundesliqa klubunun heyətində 21 rəsmi matçda meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti