"Barselona"nın istədiyi gənc ulduz yaşını kiçildib - İDDİA

12:49 14 Yanvar 2023

Keçən həftə Kamerunda 17 yaşdan kiçik futbolçuların əksəriyyətinin doğum illərinin saxtalaşdırılması ilə bağlı qalmaqala səbəb olan xəbərdən sonra çoxsaylı araşdırmalar başladıldı.

 

Sportarena.az "Daily mail"ə istinadən xəbər verir ki, bu futbolçulardan biri də "Dortmund"un gənc ulduzu Yusuf Mukokodur.

 

Onun 2004-cü il deyil, 2000-ci il təvəllüdlü olduğu məlum olub.

 

Gənc futbolçunu övladlığa götürən atası "Daily mail" müxbirinə Yusufun oğlu Məhəmmədin (Mukoko ) 2000-ci ildə anadan olduğunu təsdiqləyən sənəd göstərib.

 

Həmçinin "Dortmund"un  23 yaşadək məşqçisi Timo Proyse bu haqda açıqlama verib:

"Yusufun yaşı haqqında yalnız təxmin etmək olar. Bəlkə də reallıq budur ki, onun yaşı bir-iki il kiçildilib. Amma burada onun heç bir günahı yoxdur. O bilərək heç kimi aldatmayıb" . 

 

Qeyd edək ki, "Barselona" və başqa bir çox nəhəng klubun hədəfində olan Mukokonun "Dortmund"la müqavilə uzatmağa razılıq verdiyi iddia edilir.


Digər xəbərlər

Xəbər xətti