"Qarabağ"a qolu penaltidən vursam da, buna çox sevindim"

15:48 12 Yanvar 2023

"Frayburq"un hücumçusu Nils Petersen mövsümün ilk yarısını şərh edərkən, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı oyunda vurduğu qolu da xatırlayıb.

 

Sportarena.az "Kicker"ə istinadən xəbər verir ki, almaniyalı forvard Bakıdakı matçda (1:1) fərqlənməsinə çox sevinib:
 

"Komandanın uğuruna çox töhfə verdiyimi hiss etmirəm. Çünki qollar kifayət qədər deyildi. Bu da məni çox qıcıqlandırdı. Ona görə "Qarabağ"a qolu penaltidən vursam da, buna çox sevindim. Yenidən adımı tabloda gördüyümə görə şad idim”.


Digər xəbərlər

Xəbər xətti