Almaniyalı ulduz "Əl Nəsr"ə transfer olmaq istəyir

21:47 9 Yanvar 2023

Dortmund “Borussiya”sının kapitanı Marko Roys Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportarena.az “Kicker”-ə istinadən xəbər verir ki, o, “Əl Nəsr”ə keçmək haqda düşündüyünü etiraf edib:

“Özünüzü qabaqcadan düşünməlisiz. Çünki “Borussiya” ilə müqaviləmin bitməsinə cəmi altı ay qalıb. Amma desəm ki, mən özüm bu haqda düşünməmişəm, bu da səhv olar. Bu işin öhdəsindən gəlməyə kömək edən bir adamım var. Hazırda mənim üçün sadəcə formada qalmaq vacibdir. Qalanları haqqında gələcəkdə öyrənəcəksiz”.

 

33 yaşlı alman futbolçunun “Borussiya” ilə müqaviləsi yayda başa çatacaq. Roys 2022/23 mövsümündə “Borussiya”nın heyətində bütün yarışlarda 12 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, “Əl Nəsr” bir müddət əvvəl portuqaliyalı futbolçu Kriştiano Ronaldonu transfer edib.


Digər xəbərlər

Xəbər xətti