"Bayern"in futbolçusu koronavirusa yoluxdu

13:56 6 Yanvar 2023

“Bayern”in müdafiəçisi Nussair Mazraui koronavirus və perikardit səbəbiylə 4-6 həftə meydana çıxa bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

 

Mərakeşli müdafiəçi ağır koronavirus xəstəliyi keçirib. Daha sonra o, perikarditdən əziyyət çəkib. Son bir neçə gündə Mazraui qan testlərindən keçib, nəticəyə görə “Bayern” oyunçusuna istirahət verilməsini qərara alıb.

 

Mazrauinin xəstəliyi niderlandlı müdafiəçi Deyli Blindin “Bayern”ə transferini sürətləndirib. Bundan əvvəl mərakeşli futbolçunun Lukas Hernandesin zədəsindən sonra sol cinah müdafiəçisi kimi çıxış edəcəyi planlaşdırılırdı. Mazrauinin xəstəliyi məlum olandan sonra Münhen klubunun rəhbərliyi Blindlə müqavilə bağlamaq qərarına gəlib.


Digər xəbərlər

Xəbər xətti