"Bayern"də yeni transfer

13:58 5 Yanvar 2023

Niderlandlı müdafiəçi Deyli Blind “Bayern”ə keçəcək.

 

Sportrarena.az xəbər verir ki, bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Blind müqaviləni imzalamaq üçün bu gün səhər tezdən – yanvarın 5-də Amsterdam hava limanından Almaniyaya uçub. 32 yaşlı müdafiəçi Münhen klubuna keçmək üçün tibbi müayinədən keçəcək.

 

Daha əvvəl “Ajaks”la müqaviləsini ləğv edən Blind, ən azı 2023-cü ilin sentyabrına qədər Qətərdə keçirilən dünya çempionatında zədələnən “Bayern”in müdafiəçisi Lukas Hernandesin əvəzləyicisi ola bilər.

 

Blind bu mövsüm “Ayaks”ın heyətində bütün yarışlarda 19 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Əvvəllər o, “Mançester Yunayted”in formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti