“Borussiya”da yeni müqavilə

11:56 4 Yanvar 2023

“Borussiya” (Münhenqladbax) futbolçusu Kristof Kramerlə müqavilənin müddətini uzadıb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı almaniyalı futbolçu ilə imzalanan yeni müqavilənin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

 

Kramer 2016-cı ildən “Borussiya”da çıxış edir. O, bu mövsüm komanda ilə Almaniya Bundesliqasında 15 matça çıxıb və 1 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti