"Bayern" Noyeri onunla əvəzləmək istəyir

18:42 3 Yanvar 2023

“Bayern” “Ayntraxt”ın (Frankfurt) qapıçısı Kevin Trappla maraqlanır.

 

Sportarena.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi almaniyalı qapıçının “Bayern”lə müqavilə imzalamaq istəyib-istəmədiyini öyrənmək üçün danışıqlara başlayıb.

 

“Bayern”in əsas qapıçısı Manuel Noyerin xizək sürən zaman ayağı sınıb. O, bu səbəbdən komandaya kömək edə bilmir.

 

Qeyd edək ki, 32 yaşlı Trappın “Ayntraxt”la müqaviləsi 2024-cü ilə qədərdir. O, bu mövsüm 24 oyuna çıxıb, qapısından 34 top buraxıb.


Digər xəbərlər

Xəbər xətti