"Köln" "Herta"nın futbolçusunu transfer etdi

22:38 2 Yanvar 2023

Almaniyanın “Herta” klubunun hücumçusu Devi Zelke Bundesliqanın digər təmsilçisi “Köln”ə transfer olunub.

 

Sportaren.az xəbər verir ki, 27 yaşlı futbolçu yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi müqavilə bağlayıb. Azad agent statusu almış futbolçuya görə yeni klubu təzminat ödəmək məcburiyyətində qalmayıb.

 

Qeyd edək ki, Zelke peşəkar karyerasına “Verder”də başlayıb. “Leypsiq”də də oynamış futbolçu 2017-ci ildən “Herta”da çıxış edirdi.


Digər xəbərlər

Xəbər xətti